"Vedomosti": Azərbaycan Mİ-28 tipli hərbi helikopterlərə maraq göstərir

"Vedomosti": Azərbaycan Mİ-28 tipli hərbi helikopterlərə maraq göstərir Rusiyalı ekspertlər hesab edir ki, yaxın vaxtlarda Azərbaycanla yeni bir müqavilənin imzalanması gözlənilmir
Hərbi
27 Avqust , 2015 07:27
Vedomosti: Azərbaycan Mİ-28 tipli hərbi helikopterlərə maraq göstərir

Bakı. 27 avqust. REPORT.AZ/ Rusiyada öz işinə davam edən “MAKS-2015” adlı beynəlxalq aviakosmik foruma qatılan Azərbaycan nümayəndələri Mİ-28 tipli hərbi helikopterə maraq göstəriblər.

"Vedomosti" qəzetinə yazır ki, baxmayaraq ki rəsmi Bakı bir müddət əvvəl Rusiyadan 24 ədəd Mi-35 tipli hərbi helikopter ixrac edib, azərbaycanlı mütəxəssislər sərgidə Mİ-28-lərə də xüsusi diqqət ayırıblar.

Bununla belə, rusiyalı ekspertlər hesab edir ki, yaxın vaxtlarda Azərbaycanla yeni bir müqavilənin imzalanması gözlənilmir və haqda danışmaq hələ tezdir.

Qeyd edilir ki, “MAKS” sonuncu dəfə 2013-cü ildə keçirilib və bu forumda dünyanın 44 ölkəsindən 287 xarici şirkət və 700-dən artıq Rusiya müəssisəsi iştirak edib.

Son xəbərlər

Orphus sistemi