Yuxarı

Vasif Talıbov Naxçıvanın sərhəd xidmətində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxsləri təltif edib

Vasif Talıbov Naxçıvanın sərhəd xidmətində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxsləri təltif edib
Naxçıvanda bir sıra şəxslər səmərəli xidmətlərinə görə təltif ediliblər

Bakı. 22 avqust. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının sərhəd xidmətində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxsləri təltif edilib.

"Report"un məlumatılna görə, bununla bağlı sərəncamı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov imzalayıb. 

Ali Məclis sədrinin sərəncamı ilə Hacıyev İlkin Qafar oğlu, Hüseynov Məhəmməd Çingiz oğlu, Manaflı Fərid Vaqif oğlu və Musayev Ülvi Süleyman oğlu Naxçıvan Muxtar Respublikasında sərhəd xidmətində səmərəli fəaliyyətlərinə görə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə, Əsədov Etibar Əsəd oğlu, Həsənov Allahverdi Abbas oğlu, Xəlilov Məhəbbət Heydər oğlu, Nəzərov Ramiz Əli oğlu, Rzayev Zahid Məmmədhüseyn oğlu “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi