​DSX rəisi: “Yaxın gələcəkdə üç yeni gəmi sərhəd sularında xidmətə başlayacaq”

​DSX rəisi: “Yaxın gələcəkdə üç yeni gəmi sərhəd sularında xidmətə başlayacaq” “Dövlət Sərhəd Xidmətinin gəmi inşası zavodu dəniz sərhədlərimizin mühafizəsinə öz töhfələrini verir”
Hərbi
18 Avqust , 2015 11:18
​DSX rəisi: “Yaxın gələcəkdə üç yeni gəmi sərhəd sularında xidmətə başlayacaq”

Bakı. 18 avqust. REPORT.AZ/ “Keçən il istifadəyə verilən Dövlət Sərhəd Xidmətinin gəmi inşası zavodu dəniz sərhədlərimizin mühafizəsinə öz töhfələrini verməkdədir”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, zavodun imkanları hesabına sərhəd sularında dövlət maraqlarımızın qorunması imkanları xeyli dərəcədə genişlənir: “Nəticə etibarilə dəniz sərhədlərimizin mühafizəsinin, sərhəd rejimi qaydalarının, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin səviyyəsi daha da yüksəlir. Artıq zavodda inşa olunan dörd gəmi dəniz sərhədlərimizin mühafizəsindədir. Yaxın gələcəkdə daha üç yeni gəmi sərhəd sularında xidmətə başlayacaq”.

Son xəbərlər

Orphus sistemi