Yuxarı

İki rayonda partlamamış hərbi sursatlar aşkarlanıb

Agentlik tərəfindən bu gün 31 870 kv.m ərazi təmizlənib

Bakı. 18 iyun. REPORT.AZ/ Ağdam və Tərtər rayonlarında partlamamış hərbi sursatlar aşkar olunub.

Bu barədə “Report”a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Agentlikdən bildirilib ki, iyunun 18-də 1 ev və həyətyanı sahə, 8 əkin sahəsi, 14 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 31 870 kv.m ərazi təmizlənib.

Məlumata görə, Tərtər rayonunun Cəmilli kəndində 1 əkin sahəsində 6 partlayış yerinə baxış keçirilib və 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, 8 min kv.m ərazi yoxlanılıb.

Şıxarx kəndində 1 ev və həyətyanı sahədə, 1 partlayış yerinə baxış keçirilib və partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 9 min kv.m ərazi yoxlanılıb.

Ağdam rayonunun Zəngişalı kəndində 1əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib və partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 4 min kv.m ərazi yoxlanılıb.

Rayonun Qaradağlı kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib və partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 2 min kv.m ərazi yoxlanılıb.

Mahrızlı kəndində isə 1əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib və partlamamış hərbi sursat aşkar edilməyib, nəticədə 6 min kv.m ərazi yoxlanılıb.

Füzuli rayonunun Horadiz şəhərində 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, 2 870 kv.mərazi yoxlanılıb.

Hazırda Agentlik tərəfindən yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Qeyd edək ki, ANAMA aprelin 7-dən iyunun 18-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində616 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib. Bu ərazilərdən 1 536 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi