Türkmənistan nümayəndə heyəti “Dəniz kuboku - 2019” da iştirak etmək üçün Bakıya gəlməyib

Türkmənistan nümayəndə heyəti “Dəniz kuboku - 2019” da iştirak etmək üçün Bakıya gəlməyib Azərbaycan “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsində iştirak etmək üçün Türkmənistanı dəvət etsə də, bu ölkədən heç bir nümayəndə heyəti gəlməyib.
Hərbi
5 Avqust , 2019 17:28
Türkmənistan nümayəndə heyəti “Dəniz kuboku - 2019” da iştirak etmək üçün Bakıya gəlməyib

"Azərbaycan “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsində iştirak etmək üçün Türkmənistanı dəvət etsə də, bu ölkədən heç bir nümayəndə heyəti gəlməyib".

"Report"un məlumatına görə, bunu “Dəniz Kuboku - 2019” müsabiqəsində iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Sübhan Bəkirov “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsinin nümayəndə heyətləri və hakimlər komissiyasının rəhbərlərinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artıq üçüncü ildir ki, bu yarış Bakıda keçirilir: "Biz yarışlarda iştirak etmək üçün Türkmənistana da dəvət təklifi göndərmişik. Amma, təbii ki, yarışda iştirak etmək hər bir ölkənin öz qərarıdır və bu ölkə bu yarışda iştirak etmir".

Qeyd edək ki, yarışlarda Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Rusiya, İran və Qazaxıstandan gələn nümayəndə heyətləri də iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi