​Türkiyənin diviziya generalı: “Azərbaycan əsgərini, onun hərbi texnika ilə təminatını yüksək səviyyədə gördüm”

​Türkiyənin diviziya generalı: “Azərbaycan əsgərini, onun hərbi texnika ilə təminatını yüksək səviyyədə gördüm” Diviziya generalı Zekai Aksakallının rəhbərlik etdiyi nümayəndə heyəti cəbhə bölgəsində yerləşən hərbi birlikdə olub
Hərbi
8 Noyabr , 2014 15:27
​Türkiyənin diviziya generalı: “Azərbaycan əsgərini, onun hərbi texnika ilə təminatını yüksək səviyyədə gördüm”

Bakı. 8 noyabr. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Qüvvələr komandanı diviziya generalı Zekai Aksakallının rəhbərlik etdiyi nümayəndə heyəti cəbhə bölgəsində yerləşən hərbi birlikdə olub. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Türkiyəli qonağı qarşılayan hərbi hissə komandiri hərbi hissənin döyüş hazırlıgı, təminatı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, sosial-məişət şəraiti haqqında danışaraq son dövrlərdə görulən işlər barədə məlumat verib.

Sonra qonaqlar müdafiənin ön xəttində, düşmənlə birbaşa təmas xəttində yerləşən bölmələrdə olublar.

Diviziya generalı Z.Aksakallı doyüş mövqeyində dayanan hərbi qulluqçularla görüşüb, hərbi xidmətin təşkili, döyüş növbətçiliyinin aparılması ilə maraqlanıb, şəxsi heyət üçün yaradılmış şəraitlə, əsgərlərin yataq və istirahət yerləri ilə tanış olub.

O, Ermənistan tərəfindən işğal olunmuş əraziləri döyüş mövqeyindən müşahidə edib və ərazidəki komandirlər onu maraqlandıran sualları cavablandırıblar.

Döyüş postunda xidmət aparan əsgərlərlə görüşdə türkiyəli general Azərbaycan xalqının və eləcə də türk millətinin bu səngərlərdə inamla, ayıq-sayıq xidmət edərək döyüş tapşırığını yerinə yetirən Vətən övladları ilə fəxr etdiyini və qürür duyduğunu bildirib. Torpaqların müdafiəsində və işğaldan azad edilməsində onlara uğurlar arzulayan diviziya generalı Z.Aksakallı deyib: “Mən Azərbaycan əsgərini, onun hərbi texnika, silah-sursatla təminatını yüksək səviyyədə gördüm. Bu məni çox sevindirir. Türkiyə daima Azərbaycanın yanındadır. Azərbaycan və Türkiyə əsgəri yenilməzdir. O, bunu dəfələrlə savaşlarda sübut edib. Ümid edir və inanıram ki, gələcəkdə də belə olacaq”.

Sonra türkiyəli hərbiçilər ön xəttdəki hərbi hissənin təlim poliqonunda olaraq müxtəlif təlim nöqtələrində snayper, minaatanlar və PDM-nın hazırlıq prosesini izləyib və döyüş atışlarını müşahidə ediblər. Diviziya generalı Z.Aksakallı snayper kursları keçən hərbçilərlə görüşərək “İstiqlal” snayper tüfənginin texniki göstəriciləri və döyüş imkanları ilə maraqlanıb.

Qonaqlar həmçinin tank təlim taborunda olaraq müxtəlif zirehli texnikalara baxış keçiriblər.

Nümayəndə heyətinin Azərbaycana səfəri bu gün başa çatacaq.

Son xəbərlər

Orphus sistemi