Yuxarı

Türkiyənin Azərbaycandakı səfirliyinin hərbi attaşesinin səlahiyyət müddəti başa çatıb

O, yaxın günlərdə Türkiyəyə qayıdacaq

Bakı. 5 avqust. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyinin hərbi attaşesi, general İhsan Başbozqurdun səlahiyyət müddəti başa çatıb.

"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, o, yaxın günlərdə Türkiyəyə qayıdacaq.

Qeyd edək ki, İ.Başbozqurd bu vəzifədə Nevzat Taşdeleri əvəz etmişdi. Türkiyənin Azərbaycandakı səfirliyinin yeni hərbi attaşesinin adı isə hələlik məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi