Yuxarı
    Bağlamaq

    Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycanın hərbi medalı ilə təltif olunub

    Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarı qəbul edib

    Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarı qəbul edib.

    "Report" xəbər verir ki, Z.Həsənov Türkiyə Silahlı Qüvələrinin Baş Qərargah rəisinə iki ölkə arasında hərbi iş birliyinin inkişaf etməsindəki xidmətlərinə görə, "Hərbi əməkdaşlıq ali xidmət medalı"nı təqdim edib.

    "Bu medalı Azərbaycan-Türkiyə dostluq və qardaşlığının nişanəsi olaraq, daima qəlbimin üzərində daşıyacağam", - deyə Hulusi Akar bildirib.

    H.Akar Azərbaycan Silahlı Qüvvələrinə uğurlarının davam etməsini arzulayıb.

    Tərəflər iki ölkə arasında hərbi əməkdaşlığa dair məsələləri müzakirə edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi