Yuxarı

Türkiyə Jandarma Qüvvələrinin komandanı Azərbaycana gəlib

Qalib Mendi iki ölkə arasında hərbi sahədə əməkdaşlıq perspektivlərini müzakirə edəcək

Bakı. 3 may. REPORT.AZ/ Türkiyə Jandarma Qüvvələrinin komandanı ordu generalı Qalib Mendi Azərbaycana gəlib.

"Report"un məlumatına görə, Heydər Əliyev beynəlxalq hava limanında qonağı Azərbaycanın rəsmi şəxsləri və Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları qarşılayıblar.

Səfər zamanı Q.Mendi Azərbaycanın hərbi qurumlarında görüşlər keçirəcək və iki ölkə arasında hərbi sahədə əməkdaşlıq perspektivlərini müzakirə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi