Yuxarı

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana gəlib
Hasan Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində ordu generalı H.Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. Görüşlərdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Səfər dekabrın 1-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi