Yuxarı
    Bağlamaq

    ​Türkiyə Hərbi Hava Qüvvələri Komandanının Azərbaycana rəsmi səfəri başa çatıb

    Akın Öztürk səfər çərçivəsində Azərbaycanın hərbi aerodromlarında olub

    Bakı. 7 mart. REPORT.AZ/ Türkiyə Respublikası Hərbi Hava Qüvvələri Komandanı ordu generalı Akın Öztürk ölkəyə rəsmi səfəri proqramı çərçivəsində Azərbaycanın hərbi aerodromlarında olub.

    Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Qonağa hərbi obyektlərdə aviasiya vasitələrinin istifadə imkanları və tapşırıqları, aerodromların texniki təminatı və ümumi vəziyyəti, o cümlədən ərazidəki infrastruktura dair məlumat verilib.

    Azərbaycan Hərbi Hava Qüvvələri ilə yaxından tanış olan ordu generalı A.Öztürk uçuş və texniki heyətin təlim-döyüş hazırlığını və bacarığını yüksək qiymətləndirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi