Türkiyə-Azərbaycan birgə təlimində iştirak edən hərbi kontingent Naxçıvana qayıdıb

Türkiyə-Azərbaycan birgə təlimində iştirak edən hərbi kontingent Naxçıvana qayıdıb Bakı. 4 iyun. REPORT.AZ/ Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb.
Hərbi
4 İyun , 2018 18:01
Türkiyə-Azərbaycan birgə təlimində iştirak edən hərbi kontingent Naxçıvana qayıdıb

Bakı. 4 iyun. REPORT.AZ/ Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Birgə taktiki təlimin son günü “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Tədbirdə Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusunun komandanı ordu generalı İsmail Serdar Savaşın və Azərbaycan Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi