“TURAZ Şahini – 2016” təlimlərində ətrafı tanıma uçuşları keçirilib - VİDEO

“TURAZ Şahini – 2016” təlimlərində ətrafı tanıma uçuşları keçirilib - VİDEO Uçuşlardan əvvəl təyyarəçilər üçün brifinq təşkil olunub
Hərbi
12 Mart , 2016 16:57
“TURAZ Şahini – 2016” təlimlərində ətrafı tanıma uçuşları keçirilib - VİDEO

Bakı. 12 mart. REPORT.AZ/ “TURAZ Şahini – 2016” birgə taktiki-uçuş təlimləri davam edir. Təlimlərin ssenarisinə əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları ətrafı tanıma uçuşlarını icra ediblər.

Bu barədə “Report”a Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Uçuşlardan əvvəl təyyarəçilər üçün brifinq təşkil olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib.

Sonra türkiyəli pilotlar Miq-29 qırıcı və Su-25 hücum, azərbaycanlı hərbi təyyarəçilər isə F-16 qırıcı təyyarələrində uçuşlar keçiriblər.

Təlimlər davam edir.

Son xəbərlər

Orphus sistemi