​"TURAZ Şahini-2016" taktiki-uçuş təlimlərinin açılış brifinqi keçirilib

​"TURAZ Şahini-2016" taktiki-uçuş təlimlərinin açılış brifinqi keçirilib Uçuşlar zamanı tapşırıqların asandan çətinə doğru artırılması planlaşdırılıb
Hərbi
10 Mart , 2016 16:53
​TURAZ Şahini-2016 taktiki-uçuş təlimlərinin açılış brifinqi keçirilib

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TURAZ Şahini-2016" taktiki-uçuş təlimlərinin açılış brifinqi keçirilib.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Brifinqdə çıxış edən general-leytenant Haluk Şahar təlim iştirakçılarını salamlayıb. O, çıxışının əvvəlində Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və ümummilli liderimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamlarını xatırladaraq keçirilən təlimlərin hər iki dövlətin Silahlı Qüvvələrinin tarixində önəmli rol oynadığını vurğulayıb.

Sonra "TURAZ Şahini-2016" təlimlərinin açılış brifinqi təqdim olunub, vəzifələrin mahiyyəti və tapşırıqların icrası ilə bağlı təlimatlar iştirakçılara çatdırılıb.

Təlimlərin məqsədi beynəlxalq manevr üsullarına uyğun olaraq qarşıya qoyulan vəzifələri icra etmək, sistem fərqlilikləri olan təyyarələrin birlikdə təhlükəsiz uçuş qaydalarını dərindən öyrənmək, vəzifələrin palanlaşdırılması, həyata keçirilmə metodları, hava-hava, hava-yer atışlarında təcrübə mübadiləsini və iki ölkənin hərbi hava qüvvələri arasındakı əlaqələrin inkişafını təmin etməkdir.

Uçuşlar zamanı tapşırıqların asandan çətinə doğru artırılması planlaşdırılıb.

Təlimlər davam edir.

Son xəbərlər

Orphus sistemi