"Tufan" gəmisi Xəzərdə döyüş fəaliyyətinə başlayıb

"Tufan" gəmisi Xəzərdə döyüş fəaliyyətinə başlayıb Bakı. 24 yanvar. REPORT.AZ/ Dövlət Sər­həd Xidmətinin (DSX) Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə inşa edilən S-206 nömrəli Tufan tipli sərhəd gözətçi gəmisi yanvar ayının 23-də Xəzər dənizinə endirilib və xidməti-döyüş fəaliyyətinə baş­layıb.
Hərbi
24 Yanvar , 2019 09:28
Tufan gəmisi Xəzərdə döyüş fəaliyyətinə başlayıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Dövlət Sər­həd Xidmətinin (DSX) Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə inşa edilən S-206 nömrəli "Tufan" tipli sərhəd gözətçi gəmisi yanvar ayının 23-də Xəzər dənizinə endirilib və xidməti-döyüş fəaliyyətinə baş­layıb.

Bu barədə "Report"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz ha­silatı və daşın­ması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə vacib vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin xid­məti-döyüş imkanlarının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir: "Heydər Əliyev dövlətçiliyinə hər zaman sadiq olan, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında hər bir döyüş tapşırığını qürur və şərəflə yerinə yetirməyə hazır olan Azər­bay­can sərhədçiləri tərəfindən yeni sərhəd-gözətçi gəmisinin xidməti-döyüş fəaliyyətinə başlaması­ böyük ruh yüksəkliyi ilə qarşılanıb".

Yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı mübarizə kompleksi, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən, itisürətli qayıqla təchiz edilmiş və 62 metr uzunluğunda olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür. Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhəd sularında rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə olunacaq.

Qeyd edək ki, bu ilin yanvar ayının 10-da Azərbaycan Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı İlham Əliyev "Tufan" gəmisinə baxış keçirib. 

Son xəbərlər

Orphus sistemi