Yuxarı

Tovuzda partlamış raket qalıqları aşkarlanıb

Tovuzda partlamış raket qalıqları aşkarlanıb
Mina və partlamamış hərbi sursat aşkar edilməyib

Bakı. 23 fevral. REPORT.AZ/ Tovuz rayonunun Koxanəbi kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd partlamış PQ-7 raketinin qalıqları aşkar edilərək götürülüb.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) "Report"a məlumat verilib.

Bildirilib ki, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Ümumilikdə ANAMA bu il yanvarın 1-dən fevralın 23-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 51 ev və həyətyanı sahəyə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirib, 1 961 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib, 356 053 kv.m ərazi (136 703 kv.m ərazi əl ilə,95 800 kv.m ərazi mexaniki üsulla, 113 min kv.m ərazi SENSYS dərinlik ölçən cihazı ilə və 10 550 kv.m ərazi isə minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi