Tovuzda "Alazan" raketinin maketi aşkar edilərək götürülüb

Tovuzda "Alazan" raketinin maketi aşkar edilərək götürülüb ANAMA tərəfindən 150 kv.m ərazi yoxlanılıb
Hərbi
18 Aprel , 2017 16:50
Tovuzda Alazan raketinin maketi aşkar edilərək götürülüb

Bakı. 18 aprel. REPORT.AZ/ Tovuz rayonunun Əyyublu kəndində 1 əkin sahəsinə baxış keçirilib, 1 ədəd təlim məqsədli 82 mm-lik "Alazan" raketinin maketi aşkar edilərək götürülüb.

Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

ANAMA tərəfindən 150 kv.m ərazi (DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı) yoxlanılıb.

Ümumilikdə agentlik yanvarın 1-dən aprelin 18-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 7 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirib, 5 130 ədəd partlamamış hərbi sursat, 83 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib, 1 947 238 kv.m ərazi (526 392 kv.m əl, 548 800 kv.m mexaniki üsulla, 113 min kv.m SENSYS dərinlik ölçən cihazı və 759 046 kv.m minaaxtaran itlərin dəstəyilə) yoxlayıb.

Son xəbərlər

Orphus sistemi