Yuxarı
    Bağlamaq

    Tərtərdə top mərmisinin qalıqları aşkarlanıb

    ANAMA 1 000 kv.m ərazini yoxlayıb

    Bakı. 10 dekabr. REPORT.AZ/ Tərtər rayonunda əkin sahəsində top mərmisinin qalıqları aşkar edilib.

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Report”a verilən məlumata görə, rayonun Azadqaraqoyunlu kəndi - kənd ərazisində əkin sahəsində təhlükəli əraziyə baxış keçirilib, partlamış top mərmisinin qalıqları aşkar edilərək götürülüb.

    ANAMA tərəfindən 1 000 kv.m ərazi yoxlanılıb.

    Ümumilikdə Agentlik tərəfindən 7 aprel -10 dekabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilib, 4 017 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 46 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi