Yuxarı

Tərtərdə tank əleyhinə mina tapılıb

Hazırda ANAMA ərazilərdə əməliyyatları davam etdirir

Bakı. 26 iyul. REPORT.AZ/ Ağdam və Tərtər rayonlarında partlamamış hərbi sursatlar (PHS) aşkarlanıb.

Bu barədə “Report”a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, iyulun 26-da 1 əkin sahəsi və 1 çınqıl karxanasında 8 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 14 min kv.m ərazi yoxlanılıb, 1 ədəd TM-57 tank əleyhinə mina aşkar edilib, daşınması mümkün olmadığından növbəti gün yerində zərərsizləşdiriləcək.

Ağdam rayonunun Əfətli kəndində 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 5 min kv.m ərazi yoxlanılıb.

Tərtər rayonunun Şıxarx kəndində 1 çınqıl karxanası ərazisində 5 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, 9 min kv.m ərazi yoxlanılıb. Kənd ərazisində minatəmizləmə əməliyyatları aparılan sahədə 1 ədəd TM-57 tank əleyhinə mina aşkar edilib, daşınması mümkün olmadığından növbəti gün yerində zərərsizləşdiriləcək.

ANAMA-da yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Ümumiyyətlə, aprelin 7-dən iyulun 26-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 631 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 454 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi