​Tərtərdə raketin mühərrik hissəsi aşkar edilib

​Tərtərdə raketin mühərrik hissəsi aşkar edilib Hazırda ANAMA ərazilərdə əməliyyatları davam etdirir
Hərbi
11 İyul , 2016 17:11
​Tərtərdə raketin mühərrik hissəsi aşkar edilib

Bakı. 11 iyul. REPORT.AZ/ Tərtərdə partlamamış hərbi sursatlar aşkar olunub. 

Bu barədə “Report”a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Agentlikdən bildirilib ki, iyulun 11-də 2 əkin sahəsində 10 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin ("Qrad") mühərrik hissəsi) aşkar edilərək götürülüb, gün ərzində 10 500 kv.m ərazi təmizlənib.

Məlumata görə, Ağdam rayonunun Mahrızlı kəndində 1 əkin sahəsində 6 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə olaraq 4 min kv.m ərazi yoxlanılıb.

Tərtər rayonunun Çaylı kəndində 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin ("Qrad") mühərrik hissəsi) aşkar edilərək götürülüb, 6 500 kv.m ərazi yoxlanılıb.

ANAMA-da yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Qeyd edək ki, ümumilikdə ANAMA aprelin 7-dən iyulun 11-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöı, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə,2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi,1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirib, 1 580 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi