​Tərtərdə "Qrad" qurğusunun mühərrik hissəsi aşkarlanıb

​Tərtərdə "Qrad" qurğusunun mühərrik hissəsi aşkarlanıb ANAMA ərazilərdə əməliyyatları davam etdirir
Hərbi
24 İyun , 2016 17:38
​Tərtərdə Qrad qurğusunun mühərrik hissəsi aşkarlanıb

Bakı. 24 iyun. REPORT.AZ/ Tərtər rayonunda partlamamış hərbi sursat aşkar olunub.

Bu barədə “Report”a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Agentlikdən bildirilib ki, iyunun 24-də Tərtər rayonunun Cəmilli kəndində 1 fermada 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb. Ümumilikdə, 8 min kv.m ərazi yoxlanılıb.

Füzuli rayonunun Horadiz kəndində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Ümumilikdə,  2 780 kv.m ərazi yoxlanılıb.

Agentlikdə yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Qeyd edək ki, ümumilikdə ANAMA aprelin 7-dən iyunun 24-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəb, 1 tibb məntəqəsi, 26 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirib, 1 549 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi