Yuxarı
    Bağlamaq

    Tərtərdə partlamış "Qrad" raketinin qalıqları aşkarlanıb

    ANAMA tərəfindən 2 500 kv.m ərazi yoxlanılıb

    Bakı. 22 oktyabr. REPORT.AZ/ Tərtər rayonunda 1 ədəd partlamış 9M22U ("Qrad") raketinin qalıqları aşkar edilərək götürülüb.

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Report”a verilən məlumata görə, rayonun Hacıqərvənd kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd partlamış 9M22U ("Qrad") raketinin qalıqları aşkar edilərək götürülüb, nəticə olaraq 2 500 kv.m ərazi yoxlanılıb.

    Ümumilikdə, Agentlik aprelin 7-dən oktyabrın 22-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 648 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirib, 3 947 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 42 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi