Yuxarı

Zakir Həsənov: "Terrorla mübarizədə Türkiyə Silahlı Qüvvələrinin yanındayıq"

Azərbaycan müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Kayseri şəhərində hərbi qulluqçuları daşıyan avtobusun partladılması nəticəsində həlak olan və yaralananlarla bağlı türkiyəli həmkarı Fikri İşıka və həmin ölkənin Baş Qərargah rəisi ordu generalı Hulusi Akara başsağlığı ünvanlayıb.

“Report”un nazirliyə istinadən verdiyi məlumata görə, başsağlığında bildirilir: "Qardaş Türkiyə Respublikasının Kayseri şəhərində baş vermiş xain terror aktı nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyirik.

Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və var gücümüzlə dəstəkləyirik.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi