Tbilisidə “NATO-Gürcüstan 2019” çoxmillətli komanda-qərargah hərbi təlimlərinin rəsmi açılış mərasimi keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın
L.Jung bildirib ki, hərbi təlimlərin keçirilməsi NATO və Gürcüstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirir: “Təlimlərin keçirilməsində əsas məqsəd NATO-ya üzv və Alyansın tərəfdaşları olan ölkələrin müdafiə imkanlarının gücləndirilməsi və təcrübə mübadiləsinə nail olmaqdır. Gürcüstan NATO-ya üzv olmayan yeganə dövlətdir ki, Alyansın genişmiqyaslı təlimlərinin keçirilməsinə dəstək göstərir. Hərbçilərə uğurlu və məhsuldar təlimlər arzu edirəm”.
L.Çikovani Gürcüstanın NATO təlimlərinə növbəti dəfə ev sahibliyi etməsindən qürur duyduğunu deyib: “NATO və Gürcüstan arasında münasibətlər dinamik və intensiv inkişaf edir. “NATO-Gürcüstan 2019” təlimləri bunu bir daha sübut edir. Bu təlimlər həmçinin Gürcüstanın NATO-ya üzv olması üçün hazırlıq səviyyəsinin gücləndirilməsinə xidmət edir”.
Martın 29-na qədər davam edəcək təlimlərdə 24 ölkə - Albaniya, Belçika, Bolqarıstan, Çexiya, Almaniya, Danimarka, Estoniya, Fransa, Yunanıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Litva, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Türkiyə, ABŞ, Azərbaycan, Gürcüstan və İsveçdən olan, ümumilikdə, 350-yə yaxın hərbçi iştirak edəcək.
Təlimlər Tbilisi yaxınlığında NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi (JTEC) və Krtsanisi Milli Təlim Mərkəzində keçiriləcək.
Azərbaycanlı hərbçilər “NATO-Gürcüstan 2019” hərbi təlimlərinə martın 21-də qatılacaqlar.
Təlimə Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC), BMT-nin Sülhməramlı Əməliyyatlar üzrə Departamenti (DPKO) və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) müşahidəçi və mentor qismində cəlb olunacaqlar.
Qeyd edək ki, birinci “NATO-Gürcüstan Təlimi” 2016-cı ildə keçirilib.