Tabor komandirlərinin toplanışı keçirilir

Tabor komandirlərinin toplanışı keçirilir Bakı. 5 oktyabr. REPORT.AZ/ Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, tabor və divizion komandirləri, o cümlədən qərargah rəisləri ilə toplanışlar keçirilir.
Hərbi
5 Oktyabr , 2018 17:43
Tabor komandirlərinin toplanışı keçirilir

Bakı. 5 oktyabr. REPORT.AZ/ Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, tabor və divizion komandirləri, o cümlədən qərargah rəisləri ilə toplanışlar keçirilir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, toplanışda zabitlərin bilik və praktiki vərdişləri qiymətləndirilir, həmçinin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılır.

Şəxsi heyət rəhbər sənədləri bilmələri üzrə test, atəş, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar verir. 

Son xəbərlər

Orphus sistemi