Yuxarı

Sübhan Bəkirov: "Dəniz Kuboku-2018"in əsas məqsədi Xəzər dənizində sabitliyin möhkəmləndirilməsidir"

Sübhan Bəkirov: "Dəniz Kuboku-2018"in əsas məqsədi Xəzər dənizində sabitliyin möhkəmləndirilməsidir"
Birinci dərəcəli kapitan: Bu oyunlara maraq ildən-ilə artır
© Report/ Elchin Murad

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahında "Beynəlxalq Ordu Oyunları-2018" çərçivəsində "Dəniz Kuboku-2018" yarışması ilə əlaqədar mətbuat konfransı keçirilib.

"Report" xəbər verir ki, konfransda çıxış edən Azərbaycan Hərbi Dəniz Donanmasının birinci dərəcəli kapitanı Sübhan Bəkirov bu oyunlara marağın ildən-ilə artdığını bildirib.

"Bu oyunların əsas məqsədi Xəzər dənizində dostluq, sülh və sabitliyin möhkəmləndirilməsidir. Oyunların təşkili üçün Təşkilat Komitəsi yaradılıb. Müsabiqə üç mərhələdə keçiriləcək. Birinci mərhələ dəniz hazırlığı üzrə yarışlar olacaq. İkinci mərhələdə gəmilərin "sağ qalması" üzrə yarışma keçiriləcək. Üçüncü mərhələ isə artilleriya atəşlərinin açılmasından ibarətdir", - S.Bəkirov vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi