“Spasskaya Başnya” XII Beynəlxalq hərbi-musiqi festivalı başa çatıb

“Spasskaya Başnya” XII Beynəlxalq hərbi-musiqi festivalı başa çatıb Moskva şəhərinin Qızıl Meydanında keçirilən “Spasskaya Başnya” XII beynəlxalq hərbi-musiqi festivalı başa çatıb.
Hərbi
4 Sentyabr , 2019 19:06
“Spasskaya Başnya” XII Beynəlxalq hərbi-musiqi festivalı başa çatıb

Moskva şəhərinin Qızıl Meydanında keçirilən “Spasskaya Başnya” XII beynəlxalq hərbi-musiqi festivalı başa çatıb.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, on iki dövlətdən mindən artıq musiqiçi, vokalist və rəqqasların iştirak etdiyi festivalda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi orkestri və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı yüksək səviyyədə təmsil edib.

Festivalın yekununa görə komandamız dördüncü yerə layiq görülərək diplomla təltif edilib. 

Son xəbərlər

Orphus sistemi