Yuxarı

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib
© mod.gov.az

Bakı. 5 iyul. REPORT.AZ/ Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 iyun tarixli sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir. 

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin təşkilatçılığı ilə cəsur kəşfiyyatçının 100 illik yubileyi münasibətilə keçirilən tədbir də bu qəbildəndir.

Mərkəzi Zabitlər Evi kollektivinin, hərbi qulluqçuların, QHT və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Sonra qəhrəmanın şərəfli həyat yolu haqqında ətraflı məlumat verilib. Vurğulanıb ki, Mehdi Hüseynzadə çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb. O, Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazıb. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizi layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.

Çıxış edənlər dövlətimizin Mehdi Hüseynzadənin xatirəsinə olan dərin ehtiramını da xüsusi qeyd ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi