Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsi anılıb

Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsi anılıb Tədbirdə hərbi hissələrin əsgərləri, məktəblilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər
Hərbi
22 Yanvar , 2016 17:06
Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsi anılıb

Bakı. 22 yanvar. REPORT.AZ/ İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasınm 106-cı il dönümü münasibəti ilə bu gün Lənkəran qarnizonu zabitlər evi və Həzi Aslanovun ev muzeyinin birgə təşəbbüsü ilə tədbir keçirilib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə hərbi hissələrin əsgərləri, məktəblilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əsgərlərə qəhrəmanın uşaqlıq, gənclik illəri və keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar haqqında geniş məlumatlar verilib. Məktəblilərin iştrakı ilə hazırlanmış kompozisiyada qəhrəmana həsr edilmiş şeirlər səsləndirilib, xatirələr söylənilib.

Muzeyin direktoru Tamara Fətullayeva və muzeyin əməkdaşları qəhrəmanın general Mehmandarovla görüşü haqqında əsgərlərə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Sonda əsgərlər Həzi Aslanovun uşaqlıq illərinin yadigarı olan "İnnab" ağacının qarşısında xatirə şəkilləri çəkdirib.

Son xəbərlər

Orphus sistemi