Yuxarı

Snayperlərin praktiki atış bacarıqları yoxlanılır

Snayperlərin praktiki atış bacarıqları yoxlanılır
Snayperlər maskalanma, əsas və ehtiyat mövqelərin seçilməsi və digər təlim tapşırıqlarını yerinə yetirir

Bakı. 27 may. REPORT.AZ/ Silahlı Qüvvələrin 2017-cı ilin hazırlıq planına uyğun olaraq cəbhə bölgəsində yerləşən birlik və hərbi hissələrdə snayperlərin atış bacarıqları yoxlanılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, çətin iqlim şəraiti, gecə vaxtı və dağlıq-meşəlik ərazidə keçirilən məşqlərdə şəxsi heyət müxtəlif təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi vərdişlərini təkmilləşdirir.

Peşəkar təlimatçıların rəhbərliyi ilə hazırlaşan snayperlər maskalanma, əsas və ehtiyat mövqelərin seçilməsi, müəyyən edilmiş koordinatlar üzrə uzaq məsafəyə yürüş və digər təlim tapşırıqlarını yerinə yetirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi