Siyavuş Novruzov magistrlara möhlət hüququnun verilməsinin qanun layihəsinə salınmasının əleyhinə çıxıb

Siyavuş Novruzov magistrlara möhlət hüququnun verilməsinin qanun layihəsinə salınmasının əleyhinə çıxıb "Əsgərlik bədən tərbiyəsi, idman akademiyası, yaxud da konservatoriya deyil, bura ordudur"
Hərbi
30 Dekabr , 2014 13:21
Siyavuş Novruzov magistrlara möhlət hüququnun verilməsinin qanun layihəsinə salınmasının əleyhinə çıxıb

Bakı. 30 dekabr. REPORT.AZ/ YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov magistrlara möhlət hüququnun verilməsi haqqında müddəanın “Elm haqqında” qanun layihəsinə salınmasını düzgün hesab etmir. “Report” xəbər verir ki, deputat bu barədə Milli Məclisin bugünkü iclasında deyib.

“Bəzən belə fikir səslənir ki, orduya savadlı insanlar lazım deyil. Amma belə deyil, orduya savadlı adamlar lazımdır. Bura gedən insan elə ilk növbədə hesablama aparmağı bacarmalıdır. Zabit savadlı olmasa, əsgərləri necə yönləndirə bilər? Əsgərlik bədən tərbiyəsi, idman akademiyası, yaxud da konservatoriya deyil, bura ordudur”,- S. Novruzov qeyd edib .

Son xəbərlər

Orphus sistemi