Şirvan Milli Parkı ərazisində 5 ədəd partlamamış hərbi sursat tapılıb

Şirvan Milli Parkı ərazisində 5 ədəd partlamamış hərbi sursat tapılıb Füzuli rayonunun Alıxanlı kəndi ərazisində əkin sahəsində 1 təhlükəli əraziyə də baxış keçirilib
Hərbi
30 Sentyabr , 2016 18:46
Şirvan Milli Parkı ərazisində 5 ədəd partlamamış hərbi sursat tapılıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli və Salyan rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb. 

ANAMA-dan "Report"a verilən məlumata görə, Füzuli rayonunun Alıxanlı kəndi ərazisində əkin sahəsində 1 təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış tank əleyhinə mina (TM-57) aşkar edilərək götürülüb, nəticə etibarilə 1 300 kv.m ərazi yoxlanılıb.

Salyan rayonu, Şirvan Milli Parkı ərazisində 5 ədəd partlamamış hərbi sursat (4 ədəd 122 mm-lik top mərmisi (BR-462) və 1 ədəd 100 mm-lik top mərmisi (BR-412) aşkar edilərək götürülüb, nəticə etibarilə 2 500 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən bu il aprelin 7-dən sentyabrın 30-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 513 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi