​Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə Texniki Universitet arasında memorandum imzalanıb

​Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə Texniki Universitet arasında memorandum imzalanıb Təhsil üzrə proqramlar sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlıq həyata keçiriləcək
Hərbi
2 Mart , 2016 11:05
​Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə Texniki Universitet arasında memorandum imzalanıb

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Texniki Universitet arasında elmi-texniki və təhsil sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Tərəflər peşə, ixtisas və bilik səviyyələrinin daim artırılmasının zəruriliyi və Azərbaycan Prezidentinin 2013-cü il 24 oktyabr tarixli "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nı əsas tutaraq, peşə və ixtisaslar üzrə optimal təhsil sisteminin mərhələli tənzimlənməsi, bu məsələlər üzrə memorandum münasibətlərinin yaradılması barədə razılığa gəliblər.

Memorandumda qeyd edilir ki, yüksək hərbi elmi potensiala malik zabit kadrların hazırlanmasını təmin etmək, gələcək hərbi mütəxəssislərin biliklərinin artırılmasına istiqamətləndirilmiş və təhsil üzrə proqramlar sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlıq həyata keçiriləcək.

İmzalanmış sənəddə müasir tələblərə cavab verən yüksək ixtisaslı elmi, elmi-pedaqoji bilik və təcrübəyə malik hərbi mütəxəssislərin hazırlanması, qabaqcıl elmi üsul və texnologiyaların inkişafı sahəsində yeni elmi materialların öyrənilməsi, informasiya və təcrübə mübadiləsi keçirilməsi, hərbi mütəxəssislərin elmi və təhsil proqramına uyğun təcrübəyə yiyələnməsi, birgə beynəlxalq və regional elmi konfransların təşkili, nəzəri və praktiki elmi-tədqiqat işlərinin qrant şəklində aparılmasının zəruriliyi nəzərə çatdırılır.

Memorandumu Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev və Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov imzalayıb.

Son xəbərlər

Orphus sistemi