Yuxarı

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ​20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Faciə barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi, Bakı qarnizonundakı hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətlərinin iştirakı ilə xatirə mərasimi keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, 20 yanvar şəhidlərinin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni ifa olunub.

Sonra 20 Yanvar hadisələri barədə ətraflı məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin sonunda Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyanı təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi