Yuxarı

​Silahlı Qüvvələrin tank tağımının komandiri təltif olunub

Ona “General Həzi Aslanov” medalı təqdim olunub

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrin tank tağımının komandiri, Salyanın Xalac kənd sakini leytenant Elnur Rzayev bu il aprel ayının əvvəlində cəbhə xəttində düşmən təxribatının qarşısı alınan zaman göstərdiyi qəhrəmanlığa görə “General Həzi Aslanov” medalı ilə təltif edilib.

"Report" xəbər verir ki, Elnur Rzayev mərasimə cəbhə bölgəsindən birbaşa Salyana gələrək qatılıb.

Tağım komandiri zalda sürəkli alqışlarla qarşılanıb. Daha sonra prezident İlham Əliyevin sərəncamı ilə təltif edildiyi “General Həzi Aslanov” medalı Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tərəfindən ona təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi