Yuxarı

Silahlı Qüvvələrin şəxsi heyətlə iş üzrə zabitlərinin xidməti müşavirəsi keçirilib

Müşavirədə şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi sahəsində görülən işlər müzakirə olunub

Bakı. 21 avqust. REPORT.AZ/ Bakı və Sumqayıt qarnizonlarında yerləşən hərbi hissələrin, qoşun növlərinin və xüsusi təyinatlı təhsil məssisələrinin şəxsi heyətlə iş üzrə zabitlərinin xidməti müşavirəsi keçirilib.

"Report" xəbər verir ki, əvvəlcə müşavirə iştirakçıları ümummilli lider Heydər Əliyevin hərbi şəhərcikdəki abidəsini ziyarət edərək qarşısına gül dəstələri qoyublar.

Müşavirəni Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev açaraq Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi ilə əlaqədar görülən işlər və şəxsi heyətlə iş üzrə zabitlərin qarşısında duran vəzifələr barədə danışıb.

Müşavirədə şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi sahəsində görülən işlər, hərbi intizamın təhlili və digər məsələlər barədə çıxışlar dinlənilib.

R.Əliyev zabitlərin suallarını cavablandırıb, onlara Müdafiə Nazirliyi rəhbərliyinin şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi sahəsində tapşırıq və tövsiyələrini çatdırıb.

Digər hərbi qarnizonlarda da xidməti müşavirələrin keçirilməsi planlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi