​Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun növbəti buraxılışı olub

​Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun növbəti buraxılışı olub Məzunlara sertifikatlar təqdim olunub
Hərbi
8 May , 2016 12:06
​Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun növbəti buraxılışı olub

Bakı. 8 may. REPORT.AZ/ Müdafiə nazirinin müvafiq əmri əsasında Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun növbəti buraxılışı keçirilib.

"Report" Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, mərasimdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş zabit və əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev müdafiə nazirinin adından buraxılış münasibəti ilə zabitləri təbrik edib.

Mərasimin sonunda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkili çəkilib.

Son xəbərlər

Orphus sistemi