Yuxarı

Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO​ nümayəndə heyəti ilə görüş keçirilib

Görüşdə müəllimlərin təkmilləşdirilməsi, hərbi tərcüməçilərin hazırlanması, ikitərəfli əməkdaşlıq məsələləri və s. müzakirə olunub

Bakı. 6 may. REPORT.AZ/ Silahlı Qüvvələrin hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Azərbaycan-NATO birgə fəaliyyət planına uyğun olaraq, NATO-nun Beynəlxalq Dil Koordinasiya Mərkəzinin (BİLC) nümayəndə heyəti Xarici Dil və Tərəfdaşlıq Mərkəzi ilə əməkdaşlıq yaratmaq məqsədilə Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, Xarici Dil və Tərəfdaşlıq Mərkəzinin əməkdaşları ilə nümayəndə heyəti arasında keçirilən görüşdə müəllimlərin təkmilləşdirilməsi, hərbi tərcüməçilərin hazırlanması, tərtib olunan STANAG test suallarının müxtəlif xarici ölkələrdə sınaqdan keçirilməsi, təlimatçı mübadiləsi, aparıcı xarici dil mərkəzləri ilə ikitərəfli əməkdaşlıq məsələləri və perspektivlər müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi