Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub

Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub General-leytenant Heydər Piriyev ordu quruculuğu sahəsində həyata keçirilən fəaliyyətlərdən danışıb
Hərbi
23 İyun , 2017 19:10
Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub
Mod.gov.az

Bakı. 23 iyun. REPORT.AZ/ Silahlı Qüvvələrin Hərbi Akademiyasında Əməliyyat-taktiki fakültəsinin, həmçinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun buraxılışına həsr olunan mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir açıq elan edildikdən sonra ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni ifa olunub. Mərasimdə məruzə ilə çıxış edən akademiyanın rəisi general-leytenant Heydər Piriyev ordu quruculuğu sahəsində həyata keçirilən fəaliyyətlərdən danışıb və məzunları təbrik edərək onlara uğurlar diləyib. 

Məzunlar adından polkovnik Eldar Abdullayev və polkovnik-leytenant Rüstəm Cavadov çıxış edərək yaş kötüyünə xatirə lövhələrini vurublar.

Tədbirin sonunda məzunlarla xatirə şəkli çəkilib.

Son xəbərlər

Orphus sistemi