Yuxarı

Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə ADA Universiteti arasında saziş imzalanıb

Sənədi general-leytenant Heydər Piriyev və Hafiz Paşayev imzalayıblar

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə ADA Universiteti arasında elm və tədris sahələrində qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib. 

Məlumata görə, sazişi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev və ADA Universitetinin rektoru Hafiz Paşayev imzalayıblar.

Sazişdə tərəflər arasında elmi tədqiqatlar və tədris sahələrində əməkdaşlığın aparılması, o cümlədən birgə layihə və proqramların həyata keçirilməsi, kadrların elmi-pedaqoji səviyyəsinin yüksəldilməsi, hər iki təhsil müəssisəsinin maddi-texniki bazasından qarşılıqlı istifadə edilməsi, eləcə də təhlükəsizlik mühitində mövcud təhdid və təhlükələrin qiymətləndirilməsi və onların dəf edilməsi üzrə müştərək fəaliyyət göstərilməsi nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi