Silahlı Qüvvələrin Baş Qərargah rəisi Rusiyaya yola düşüb

Silahlı Qüvvələrin Baş Qərargah rəisi Rusiyaya yola düşüb Nəcməddin Sadıkov MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək
Hərbi
26 May , 2015 16:00
Silahlı Qüvvələrin Baş Qərargah rəisi Rusiyaya yola düşüb

Bakı. 26 may. REPORT.AZ/ Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov mayın 26-da Rusiyanın Soçi şəhərinə yola düşüb. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, N.Sadıkov MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edəcək.  

Mayın 27-də keçiriləcək görüşdə nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi