Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-da keçirilən görüşdə iştirak edib

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-da keçirilən görüşdə iştirak edib Nəcməddin Sadıkov Gürcüstan, Ukrayna və Xorvatiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşlər keçirib
Hərbi
21 Yanvar , 2016 18:53
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-da keçirilən görüşdə iştirak edib

Bakı. 21 yanvar. REPORT.AZ/ Yanvarın 21-də Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüssel şəhərindəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli dəstək" missiyasına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Baş Qərargah rəisi səfər zamanı NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavellə, o cümlədən Gürcüstan, Ukrayna və Xorvatiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşlər keçirib.

Son xəbərlər

Orphus sistemi