Silahlı Qüvvələrin Baş Klinik Hospitalında elmi-praktik konfrans keçirilib

Silahlı Qüvvələrin Baş Klinik Hospitalında elmi-praktik konfrans keçirilib Konfransda tibbdə yeni texnologiyaların tətbiqi imkanlarının öyrənilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb
Hərbi
3 May , 2017 11:58
Silahlı Qüvvələrin Baş Klinik Hospitalında elmi-praktik konfrans keçirilib
Mod.gov.az

Bakı. 3 may. REPORT.AZ/ Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin təşkilatçılığı ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “İnsan genetikasına müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.

“Report” xəbər verir ki, tədbirdə ABŞ-ın Cənubi Kaliforniya Universitetinin akademiki Vladimir Zelman, Merilend Universitetinin akademiki Roald Saqdeev, Los-Anceles Universitetinin əməkdaşı Nataliya Pastuşenko, Moskva Dövlət Universitetinin əməkdaşı Yelena Popova və azərbaycanlı mütəxəssislər iştirak ediblər.
Konfransda insan genetikasının formalaşması problemlərinin müxtəlif aspektləri, bu sahə ilə məşğul olan alim və mütəxəssislərin əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, molekulyar biologiya, molekulyar diaqnostika, tibbi genetika, gen müalicəsi kimi problemlərin araşdırılması, tibbdə yeni texnologiyaların tətbiqi imkanlarının öyrənilməsi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi