Yuxarı

Silahlı Qüvvələrə Yardım Fondunda toplanan vəsaitin miqdarı açıqlanıb

İyulun 1-dək fonda 65 milyon 77 min 66 manat 33 qəpik, 211.791,88 ABŞ dolları və 593,69 avro vəsait daxil olub

Bakı. 1 iyul. REPORT.AZ/ Silahlı Qüvvələrə Yardım Fondunda toplanan vəsaitin miqdarı açıqlanıb. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İyulun 1-dək fonda 65 milyon 77 min 66 manat 33 qəpik, 211.791,88 ABŞ dolları və 593,69 avro vəsait daxil olub.

Bu da ötən ayla müqayisədə bir milyon 92 min 400 manata yaxın artım deməkdir.  

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi