Yuxarı
    Bağlamaq

    Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

    Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb

    Bakı. 5 yanvar. REPORT.AZ/ Bu il yanvarın 1-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna 1 yanvar 2017-ci il tarixədək 79.212.496,09 AZN, 212.373,88 ABŞ dolları, 5935,69 avro və 5000,0 rubl vəsait daxil olub.

    Qeyd edək ki, Fond Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə təsdiqlənib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi