Yuxarı

Silahlı Qüvvələrdə ümumordu iməciliyi keçirilir

Silahlı Qüvvələrdə ümumordu iməciliyi keçirilir
Müxtəlif növ ağaclar, gül kolları əkiləcək və yaşıllıq zolaqları salınacaq

Bakı. 6 may. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü və faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində iməcilik keçirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

İməcilik vaxtı hərbi şəhərciklərdə, eləcə də hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağaclar, gül kolları əkiləcək və yaşıllıq zolaqları salınacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi