Bakı. 12 dekabr. REPORT.AZ/ Silahlı Qüvvələrdə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Silahlı Qüvvələrin bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birlik və birləşmələr, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini anma günü münasibəti ilə keçirilən mərasimlərdə iştirak ediblər.
Hərbi qulluqçular bölgələrdə yerləşən Heydər Əliyev Mərkəzləri, eləcə də ulu öndərin abidələrini ziyarət edib və dahi şəxsiyyətin xatirəsini anaraq ehtiramlarını bildiriblər.