​Silahlı Qüvvələrdə psixoloji iş üzrə təlim-metodiki toplantı keçirilib

​Silahlı Qüvvələrdə psixoloji iş üzrə təlim-metodiki toplantı keçirilib Müdafiə nazirinin müvafiq qərarının tələbləri öyrənilib
Hərbi
2 Dekabr , 2015 12:10
​Silahlı Qüvvələrdə psixoloji iş üzrə təlim-metodiki toplantı keçirilib

Bakı. 2 dekabr. REPORT.AZ/ Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi hərbi hissə və birləşmələrin psixoloqları, şəxsi heyətlə iş üzrə zabitləri ilə Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə və aparılmasına dair təlim-metodiki toplantı keçirib. Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, cəbhə bölgəsində təşkil olunan toplantıda "Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə və aparılmasına dair təlimat"ın qüvvəyə minməsi barədə müdafiə nazirinin müvafiq qərarının tələbləri öyrənilib.

İxtisaslı mütəxəssislər şəxsi heyətin fərdi-psixoloji xüsusiyyətlərinin aşkarlanması, psixoloji hazırlığı, psixoloji yardıma ehtiyacı olan hərbi qulluqçuların müəyyən edilməsi, onlara psixoloji yardımın göstərilməsi üzrə tələblər və tövsiyələr çatdırıb, eləcə də həyata keçiriləcək fəaliyyətlər barədə müzakirələr aparıb. 

Son xəbərlər

Orphus sistemi