Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilib

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilib Valideynlərlə görüşlər təşkil edilərək onları maraqlandıran məsələlər müzakirə edilib
Hərbi
2 Sentyabr , 2017 18:16
Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Qurban bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü təşkil olunub.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müxtəlif hərbi hissələrdə rəhbər heyətin iştirakı ilə keçirilən tədbirlərdə valideynlərlə görüşlər təşkil edilərək onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb.

Ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baş çəkib, həmçinin konsert proqramları və digər mədəni-kütləvi tədbirlərdə iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi