Yuxarı
    Bağlamaq

    Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçiriləcək

    Bakı. 18 dekabr. REPORT.AZ/ Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə dekabrın 30-da saat 11.00-da bütün hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək.

    Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər. Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunacaq.

    Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə görüşlər təşkil olunacaq, qonaqları maraqlandıran bütün məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi